
NATO-nun vəzifəsi Ukraynadakı münaqişənin dövlətin hüdudlarından kənara çıxmasının qarşısını almaqdır.
Gununsesi.info xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq “Ruptly” agentliyinin canlı yayımı zamanı deyib: “NATO-nun vəzifəsi Ukraynanı dəstəkləmək və Ukraynadan kənarda müharibənin qarşısını almaqdır”
O, həmçinin qeyd edib ki, alyans hər bir müttəfiqi qorumağa hazırdır.
Rusiya fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başlayıb. Onun məqsədlərindən biri də NATO-nun Rusiyanın qərbindəki təsirini azaltmaq idi. Lakin xüsusi əməliyyat başlayandan sonra alyans ölkələri Ukraynaya hərbi dəstək verməyə başlayıb.
Gununsesi.info