Mərakeş qrup qalibi kimi pley-offa adladı

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, F qrupunun sonuncu – 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

Gununsesi.info