
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə sülhməramlı qüvvələrin köçürülməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı missiyası çərçivəsində onların tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə davamlı olaraq hesabat verir.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu KTMT sülhməramlı qüvvələrinin əməliyyata başladığı andan Putinə sülhməramlı qüvvələrin Qazaxıstana köçürülməsinin gedişi və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi barədə davamlı olaraq hesabat verir” , – deyə mətbuat katibi bildirib.
Gununsesi.info