
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin saytında məlumat verilib.
“Tərəflər İsa Məsihin mövludu münasibətilə bir-birini təbrik ediblər”.
“Nikol Paşinyan və Vladimir Putin Qazaxıstan Respublikasındakı mövcud vəziyyəti, eləcə də KTMT çərçivəsində birgə addımların həyata keçirilməsi prosesini müzakirə ediblər”, – məlumatda deyilir.
Gununsesi.info