Putin KTMT ölkələrinin liderləri ilə DANIŞIB

Rusiya prezidenti Vladimir Putin dünən və bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələrindən olan həmkarları, o cümlədən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə bu respublikadakı vəziyyətlə bağlı bir neçə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Putin dünən və bu gün KTMT-yə üzv ölkələrin liderləri ilə bir sıra telefon danışığı aparıb. O, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, eləcə də dövlət başçıları ilə danışıqlar aparıb. Qazaxıstandakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə, Qazaxıstan vətəndaşlarının asayişini və təhlükəsizliyini təmin etmək üçün KTMT mandatı çərçivəsində birgə fəaliyyət müzakirə edilib”, – Peskov bildirib.

Gununsesi.info