Sürücü piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

  • By admin
  • 22 May 2021 22:51

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Qəhrəmanov Ramal Əhliman oğlu yolu keçmək istəyən zaman onu yüksək sürətlə hərəkət edən avtomobil vurub.

Ağır xəsarətlər alan R.Qəhrəmanov hadisə yerində ölüb.

Onu da qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info