
Əgər belə bir saziş hazırlansa, biz öz vaxtında bu barədə məlumat yayacağıq.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilməsi gözlənilən görüşü ilə bağlı deyib.
O bildirib ki, Moskvada 3 liderin noyabrın birinci ongünlüyündə görüşü nəzərdə tutulur.
Qeyd edək ki, bundan öncə RİA Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Moskva görüşünün 8-9 noyabrda keçiriləcəyi və görüşdəüçtərəfli bəyanatın imzalanacağı haqda məlumat yaymışdı.
Gununsesi.info