
Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında görüş üçün şərait yoxdur.
Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın Rusiyadakı səfiri Qeza Andreas fon Qayr RİA-Novosti-yə açıqlamasında deyib.
“Mən şəxsi görüş üçün şəraitin mövcudluğunu göstərən heç nə bilmirəm”, – deyə səfir bildirib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron mayın 28-də Putinlə telefon danışığı zamanı ondan Ukraynada atəşkəs elan etməyi xahiş ediblər.
Gununsesi.info