ABŞ və İngiltərə çağırış etdi: Türkiyənin tələblərini təmin edin

ABŞ və Böyük Britaniya pərdəarxası söhbətlərdə İsveç və Finlandiyanı NATO-ya üzvlüklə bağlı Ankaranın narahatlığını təmin etməkdə israr edirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazıb.

“NATO-nun Litvada keçirilən iclasının gündəliyində duran əsas məsələ İsveç və Finlandiyanın NATO-ya üzvlüyü olub. Mayın 27-dən 30-dək paytaxt Vilnüsdə keçirilən iclasda avropalı siyasətçilərin Türkiyənin problemlərinin həlli ilə bağlı eyni fikirlərə sahib olduqları və barışığa çağırdıqları məlum olub. Məlumata görə, xüsusilə ABŞ və Böyük Britaniya Türkiyənin həssaslığını təmin etmək üçün İsveç və Finlandiyaya lobbiçilik edib. İclasda iştirak edən türkiyəli millət vəkilləri bir çox xarici parlamentarilərin Türkiyənin tələbini əsaslı hesab ediblər. Görüşlərdə NATO-nun ali rəhbərliyinin Türkiyənin tələblərinin haqlı olduğunu bildirdiyi məlum olub”, – qəzet yazıb.

Qeyd edək ki, Türkiyə PKK terror təşkilatına verdikləri dəstəyə görə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxır.

Gununsesi.info