
Kreml və Ağ Ev arasında istənilən qarşılıqlı əlaqə praktiki olaraq dayandırılıb.
Gununsesi.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Yox, hazırda bütün təmaslar faktiki olaraq mövcud deyil”, – Peskov deyib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov da Vaşinqton və onun müttəfiqlərinin mövqeyinə görə fevralın 24-dən sonra ABŞ-la bütün çoxtərəfli strukturlarda kompromislərin əldə edilməsi imkanlarının minimuma endirildiyini açıqlamışdı.
Gununsesi.info