
SOCAR -ın investisiya departamentinin rəhbəri Vaqif Əliyev istefa ərizəsi verib və tutduğu vəzifədən azad edilib.
Gununsesi.info bildirir ki, bu barədə Turan -a SOCAR -dan məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidentinin qərarı ilə SOCAR-ın 4 vitse-prezidenti vəzifələrini tərk etmişdi.
2020-ci ilin sonundan 2021-ci ilin əvvəlinə qədər dövlət şirkətində islahat prosesi gedir. Əslində, şirkətdə bütün qərarlar 2021-ci ilin yanvarından bəri iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Müşahidə Şurası tərəfindən verilir.
İslahatın məqsədi, borcu Azərbaycanın xarici dövlət borcu ilə mütənasib olan ən böyük şirkətinin səmərəliliyini artırmaqdır.