Siyavuş Novruzov: “Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz” -Bu qanunu qəbul etməyin mənası yoxdur

“Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbulu mənasızdır. O bizim milli mentalitentə uyğun deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Siyavuş Novruzov bildirib.

HTML tutorial

“Mən beş il ərzində Milli Məclisdə Dini komitənin sədri olduğum zaman imkan vermədim ki, o qanun layihəsi plenar iclasa tövsüyyə olunsun. Mən məsələyə başqa mövqedən baxıram. Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz. Allah qismət etməyibsə, onun əleyhinə getmək olmaz. Ona görə də bu qanunu qəbul etməyin mənası yoxdur”, – deyə deputat qalmaqallı fikirlər səsləndirib.

Gununsesi.info