Samir Abasov: “Neftçi”nin psixoloqa ehtiyacı varmı?”

  • By ilhame
  • 15 Aprel 2021 19:40

“Neftçi”nin baş məşqçisi Samir Abasov komandaya psixoloq cəlb olunmasını istəmir.

Gununsesi.info xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis klub televiziyasında yayımlanan “Neftçi” mediada” verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, flaqmanın psixoloqa ehtiyacı yoxdur: “Bu həm yaxşı, həm də riskli bir şeydir. Kimsə psixoloqun sözlərindən qapana, təsirə düşə bilər. Bu gün nəyisə dəyişməyin özü də risklidir. Bir yolla davam etmək lazımdır”.

Gununsesi.info