“Zirə” evdə autsayderlə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, “Zirə” evdə autsayder “Keşlə” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb.

Tura bu gün saat 19:15-də başlayacaq “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Qəbələ” evdə “Neftçi” ilə 2:2, “Sabah” isə “Səbail”lə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Gununsesi.info