
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Böyüklər arasında Avropa çempionatında daha bir idmançımız medal qazanıb.
Gununsesi.info-ın xəbərinə görə, yarışın üçüncü günü komandamızın liderlərindən Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində yalnız finalda məğlub olaraq, qitə çempionatının gümüş mükafatını əldə edib.
Taekvondoçumuz, 1/8 finalda israilli Oleksandr Filippova (25:2), 1/4 mərhələdə almaniyalı Tahir Gülecə (24:1), yarımfinalda da ispaniyalı Raul Martinezə (12:6) qalib gələrək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda rusiyalı Maksim Kramtçovla gərgin keçən döyüşdə üç raund üstün olan Milad son anda bərabərə qalaraq (12:12), rəqibinə qızıl xalla qalib gəlib.
Milad Beigi Harçeqani, Avropa çempionatında medallarının sayını üçə çatdırmaqla yanaşı, artıq bir dəst medala sahib çıxıb. Belə ki, o, 2016-cı ildə Avropa çempionu olub, iki il sonra qitə çempionatının bürünc, bu dəfə isə gümüş mükafatını əldə edib.
Xatırladaq ki, budəfəki yarışda komandamızın heyətində Minayə Əkbərova (-46 kq) bürünc medala sahib olub.
Gununsesi.info