Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.

Belə ki, naməlum avtomobil Qızılağac kənd sakini, 2003-cü il təvəllüdlü Kərimov Malik Şamil oğlunu vuraraq öldürüb.

Hadisəni törədən şəxs hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info