Venesuelalı siyasətçi Marina Korina Maçado Nobel Sülh mükafatını Venesuela xalqına və ABŞ Prezidenti Donald Trampa həsr etdiyini bildirib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
“Bütün venesuelalıların mübarizəsinin tanınması bizim vəzifəmizi – azadlığı qazanmaq missiyamızı tamamlamamız üçün böyük stimuldur. Biz qalibiyyətin astanasındayıq və bu gün hər zamankindən daha çox, azadlıq və demokratiya uğrunda əsas müttəfiqlərimiz kimi Prezident Trampı, ABŞ xalqını, Latın Amerikası xalqlarını və dünyanın demokratik ölkələrini görürük. Bu mükafatı əzab çəkən venesuelalılara və verdiyi qəti dəstəyə görə Prezident Trampa həsr edirəm”, – deyə o, paylaşımında vurğulayıb.
Qeyd edək ki, 57 yaşlı xanım siyasətçi 2011-2014-cü illərdə ölkəsinin Milli Assambleyasının deputatı olub, 2012-ci ildə baş tutan prezident seçkilərində isə iştirak edib.













