
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.