Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib - FOTOLAR

  • By Günel
  • 10 Fevral 2025 21:19

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərova qalib gəlib.

Teymur Rəcəbov isə Rauf Məmmədovla heç-heçəyə razılaşıb.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər
Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0

Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5

Qadınlar
Günay Məmmədzadə – Gülnar Məmmədova 0:1

Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Gununsesi.info