Mübariz Mənsimov: “Belə ziyalıları dinlədikcə anlayırsan ki, Türkiyə-Azərbaycan dostluq əlaqələri hər şeydən əvvəl qan bağıdır”

“Bu o insandır ki, rəhmətlik Turqut Özal zamanında, sonra isə Süleyman Dəmirəl dönəmində daim Azərbaycanın yanında olub”.

Gununsesi.info-nun xəbərinə görə ,Türkiyədə yaşayan azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov sosial şəbəkə hesabında yazıb.

“Bu gün Türkiyənin aydınlarından biri olan, dəyərli dostum, keçmiş millət vəkili və İqtisadiyyat Naziri Işın Çələbinin qonağı oldum.

Bu o insandır ki, rəhmətlik Turqut Özal zamanında, sonra isə Süleyman Dəmirəl dönəmində daim Azərbaycanın yanında olub. Mən çox siyasətçi ilə görüşmüşəm, amma bu qədər azərbaycanpərəst bir insanla cox az rastladım.

Azərbaycanın ən çətin zamanlarında dəstəyini əsirgəməyən önəmli isimdir Işın Çələbi. Belə ziyalıları dinlədikcə anlayırsan ki, Türkiyə-Azərbaycan dostluq əlaqələri hər şeydən əvvəl qan bağıdır. Biz həqiqətən də bir millət, iki dövlətik”.

 

 

Gununsesi.info