Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Parkında baş tutacaq.

“Səyyar qəbul otağı” noyabr 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

Gununsesi.info