
“Hazırda Füzuli şəhərində məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri ilə təmin olunub”.
Gununsesi.info xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.