Sahibkar qadınlardan məşhur aparıcıya dəstək

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyəti tanınmış telejurnalist-aparıcı Günel Gözəlovaya dəstək göstərib.
Gununsesi.info-nun xəbərinə görə, aksiya qurumun icra katibi Mətanət Ağamirlinin təşəbbüsü ilə həyata keçirilib. Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayeva başda olmaqla Idarə heyətinin bir çox üzvü məşhur telejurnlaist-aparıcı Günel Gözəlovanın yaxınlarının sağlamlıq durumda yaranan ağır vəziyyətlə bağlı yanında olduqlarını və qayğılarını bölüşdüklərini nümayiş etdiriblər, bundan sonra da daim ona dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası bu sahənin inkişaf etdirilməsi istiqamətdə gördüyü işlərlə yanaşı, korporativ sosial məsuliyyət prinsipinə sadiq qalaraq bir sıra kampaniyalar təşkil edirlər.

Gununsesi.info