
Qanunvericiliyə vəkillərin cərimələnməsi barədə dəyişikliyi ciddi-cəhdlə müdafiə edənlərdən biri də Milli Məclisin sədr müavini Əli Hüseynlidir.
Vəkil Adəm Məmmədov Əli Hüseynli barədə maraqlı qeydlər paylaşıb.
Gununsesi.info həmin qeydləri təqdim edir:
Əli Hüseynov təxminən 2013-cü ildə andlı iclasçılarla bağlı ABŞ-dan gəlmiş bir təlimçi hakimin mühazirəsində iştirak edirdi.
Respublikanın bir sıra rayon məhkəmələrinin sədrləri və digər hüquq mühafizə orqanların rəhbərləridə dinləyici idilər. Bu təlimin keçrilməsi Əli Hüseynova məxsus QHT-na ayrılmış qrant əsasında baş tutmuşdur. Deputat andlı iclasçılar inistutunun xeyrindən ağızdolusu danışdı. Demək, həmin tədbirdən bir neçə ay keçməmiş AR Cinayət Prosessual Məcəlləsinin andlı iclasçılar haqqında olan fəsli Milli Məclisin qərarı ilə çıxarıldı. Vaxtiləxeyrinə danışdığı məsələnin əleyhinə getdi.
Əli müəllim elə bilir ki, ömürüboyu vəzifədə olacaq və bunun hüququ heç vaxt pozulmayacaq. Indi də nağıl danışıb uşaq başı aldadır”.
Gununsesi.info