
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş Planı layihəsinin artıq yekunlaşma mərhələsində olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli bildirib:
“Bakının Baş Planında yaşıllıq sahələrinin maksimum artırılması, Bulvar zolağının Bibiheybətə qədər uzadılması nəzərdə tutulub. Hazırda adambaşına düşən yaşıllıq 8 kvadratmetr olmalıdır, lakin belə deyil. Yeni layihədə bu göstəricinin 10 faizə çatdırılmasını düşünürük”.