“McAfee”nin yaradıcısı həbsxanada ölü tapıldı

Amerika və Britaniyadan olan proqramçı və biznesmen Con Makafi İspaniyada həbsxanada ölü tapılıb.

Gununsesi.info Axar.az xəbər verir ki, bu məlumatı “Diario” qəzeti yayıb.

Qeyd edək ki, Makafi İspaniyada keçən il ABŞ-ın tələbi əsasında tutulmuşdu.

O, 1987-ci ildə “McAfee” şirkətini təsis edib və eyni adlı antivirus proqramını yaradıb. 2011-ci ildə onun kompaniyası “İntel” korporasiyasını alıb.

Makafi ABŞ-da vergi orqanlarına rüşvət verməkdə ittiham olunurdu.

Gununsesi.info