
Türkiyəli tanınmış telejurnalist, İkinci Qarabağ müharibəsi dövründə reportajları ilə məşhurlaşmış Fulya Öztürk “CNN Türk” telekanalından ayrılıb.
Gununsesi.info bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Məlumatlara əsasən, jurnalist Türkiyənin FOX telekanalında işə başlayacaq.
Qeyd edək ki, F.Öztürkün müharibə dövründəki fəaliyyəti barədə film çəkilir.