Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq

Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Xətai rayonu, Sabit Orucov küçəsində iyul ayının 11-dən 12-nə keçən gecədən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Gununsesi.org-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Gununsesi.org

COMMENTS