Prezident İlham Əliyev Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.org bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Qeyd edək ki, Arif Qasımov Nizami rayonunda Leyla Əliyeva tərəfindən yeni açılışı olan parkda restoran tikintisinə icazə vermişdir. Bu məsələ yerli sakinlərin etirazından sonra sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu gün həmin restoran sökülmüşdür.
Gununsesi.org
COMMENTS