Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb

  • By ilhame
  • 15 Yanvar 2024 20:01

Sabirabadda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolu keçən Sabirabad rayonunun Minbaşı kənd sakini, 1980-ci il təvəllüdlü Balayeva Günel Əlövsət qızını vurub.

 

Piyada ağır sınıq xəsarəti ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info