Biləsuvarda yol qəzası baş verib, 3 nəfər yaralanıb

  • By ilhame
  • 15 Yanvar 2024 19:55

Biləsuvarda yol qəzası olub, üç nəfər yaralanıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

 

Avtoqəza nəticəsində İmişli rayon sakinləri, 1994-cü il təvəllüdlü T.Sonverdiyeva, 2017-ci il təvəllüdlü N. Məmmədova və Biləsuvar rayon sakini, 1998-ci il təvəllüdlü İ.Ağazadə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info