ABŞ-da təyyarə nasazlıq səbəbindən təcili eniş edib

  • By ilhame
  • 10 Mart 2024 16:13

ABŞ-da “United Airlines”ə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

 

Gununsesi.info bu barədə Daily Mail-ə istinadən xəbər verir.

 

Məlumata görə, buna hidravlik sistemindəki nasazlıq səbəb olub.

 

Hava layneri Los-Ancelesdə məcburi eniş edib.

 

Təyyarənin göyərtəsində 105 sərnişin və 5 ekipaj üzvü olub. San-Fransiskodan Mexiko şəhərinə uçduğu deyilən aviadaşıyıcı sağ-salamat eniş edib və heç kim xəsarət almayıb.

Gununsesi.info