
Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbsdə qalması ilə bağlı qərar qəbul edib.
Gununsesi.info xəbər verir ki, bunu vəkil Andranik Manukyan “Sputnik Armenia”ya bildirib.
2 il 7 aydır həbsdə olan Tonoyanın müdafiəsi tərəfinin iki vəsatəti rədd edilib. Həm ev dustaqlığına keçidlə bağlı, həm də ümumilikdə həbsin ləğvi ilə bağlı.
Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur.
Gununsesi.info