“Sabah” klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib

  • By ilhame
  • 06 Yanvar 2024 23:03

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Rumıniya “Rapid”i ilə qarşılaşacaq.

 

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da “Mardan” İdman Kompleksinin ehtiyat meydanında baş tutacaq.

 

“Sabah”ın Antalyadakı hazırlıq prosesi yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.

 

Gununsesi.info