
ABŞ-ın Oreqon ştatının Portlend şəhərindən Kaliforniyanın Ontario şəhərinə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin təcili çıxış qapısı naməlum səbəbdən təzyiqin düşməsi nəticəsində 16 min fut yüksəklikdə partlayıb.
Gununsesi.info xəbər verir ki, təyyarənin içərisində təzyiq azaldığından oksigen maskaları açılarkən sərnişinlər sakitliyini qoruya bilib.
Oktyabr ayında hava yollarına təhvil verilən “Boeing 737-MAX 9” sərnişin təyyarəsi 174 sərnişin və 6 ekipaj üzvü ilə təcili olaraq Portlendə qayıtmalı olub. Təyyarə Portlendə uğurla eniş edib.
Alyaska Hava Yolları tərəfindən edilən şərhdə, bu ifadələrdən istifadə edilərək ətraflı bir açıqlama verilməyib: “1282 saylı uçuş axşam saatlarında havaya qalxdıqdan qısa müddət sonra Portlendə təhlükəsiz şəkildə geri endi”, – deyə bildirilib.
Federal Aviasiya Administrasiyasından verilən açıqlamada ekipajın “təzyiq problemi” olduğunu bildirdiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Gununsesi.info