
Azərbaycanda avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Gununsesi.info