Sabah 36 dərəcə isti olacaq

  • By Günel
  • 31 Avqust 2025 12:32

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Gununsesi.info