Taksi şirkətindən oğurluq edildi

Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat və başqa ünvanlardan oğurluq edilib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən əlavə Nərimanov və Sabunçu rayonlarında ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqlarının oğurlanması barədə  polisə müraciət ediblər.

Əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

 

Gununsesi.info