Sumqayıtda “MilliÖn”dən pul oğurlamaq istəyən şəxslər saxlanıldı

Martın 24-də saat Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “MilliÖn” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıb.

Gununsesi.info