
Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixail Saakaşvilinin urkaynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib.
Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolneko bildirib.
O deyib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də bu gün keçirilən görüşdə müzakirə olunub.
Ukrayna tərəfi M.Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb.
Rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib. (report)
Gununsesi.info