“Səyyar qəbul otağı” Türkmən kənd sakinlərinin ixtiyarında olub

  • By ilhame
  • 26 Dekabr 2023 19:41

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Bərdə rayonunun Türkmən kəndində baş tutub.

Gununsesi.info xəbər verir ki, aksiyaya B.Hacıyev küçəsindən üz tutan sakinlər yeni salınmış yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsini xahiş ediblər.

Sahil Qurbanovun müraciəti qaz sızması, Səfa Qasımovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Görüşə üz tutan hər bir vətəndaşın müraciəti fərdi olaraq dinlənilib, sakinlərə ətraflı izahatlar verilib.

Gununsesi.info