Sərnişin təyyarəsində yarasa peyda oldu – VİDEO

  • By admin
  • 29 May 2021 20:56

Hindistanın paytaxtı Nyu-Dehlidən ABŞ-ın Nyuark şəhərinə uçan “Air India” sərnişin təyyarəsi yarasaya görə geri qayıdıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı salondan çəkilən video jurnalist Tarun Şukla tərəfindən tvitterdə yayımlanıb.

“2021-ci ildə təkcə bunu görməmişdik”, – deyə videonun müəllifi bildirib.

Məlumata görə, yarasa təyyarə uçuşa başlayandan yarım saat sonra görünüb.

Hava gəmisinin kapitanına bu barədə məlumat verildikdən sonra o, İndira Qandi hava limanına qayıtmağa qərar verib.

//baku.tv/az/hadise/38898/#t=0

Gununsesi.info