Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən samboçularımıza dəstək

Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından uzaqlaşdırılıb.

Azərbaycan Sambo Federasiyasından

Gununsesi. infoya verilən məlumata görə, finalda rusiyalı idmançı ilə qarşılaşan Emil Həsənovun 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, görüşün sonuna bir neçə saniyə qalmış hakimin kobud səhvi ucbatından idmançımız qəsdən uduzdurulub. Lakin idmançımız hakimin qərarı ilə razılaşmayıb komandamızın məşqçilərini məsələyə müdaxilə etməyə cağırıb.

Bundan sonra milli komandamızın məşqçiləri məsələyə müdaxilə ediblər:

“Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov özü şəxsən Avropa Sambo Federasiyasının prezidenti ilə birlikdə monitorda keçirilən finalın təkrarına baxıblar. Məlum olub ki, həqiqətən də hakim idmançımızla bağlı səhv qərar qəbul edib”.

Federasiyadan onu da bildiriblər ki, hakimlər Emil Həsənovla bağlı qərarı dəyişə bilərlər:

“Beləliklə, təklif olundu ki, Emil Həsənova kənarda ikinci qızıl medal veriləcək. Lakin fəxri kürsüyə rusiyalı idmançı çıxacaq, Rusiyanın dövlət himni səsləndiriləcək. Biz bununla razılşamadıq və bildirdik ki, haqqımız olan qızıl medalı fəxri kürsüdə, 28 May – Respublika Günündə dövlət himnimizin səsləndirilməsi, bayrağımızın qaldırılması ilə qazandığımız qələbəni bayram etmək istəyirik. Razılaşmadıqları üçün samboçularımız yarışlara çıxmaqdan imtina etdilər. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxardı”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə bildirib ki, Azərbaycan qalib ölkədir və harada olursa olsun, bizə qarşı təxribat hazırlana bilər:

“Biz idmançılarımızın haqlı mövqelərini müdafiə edirik və heç bir qurum, heç bir beynəlxalq təşkilat Azərbaycan idmançısına qarşı ədalətsizlik edə bilməz. Biz hər zaman idmançılarımızın yanındayıq və idmançılarımıza təklif olunan qərarla biz də razılaşmırıq.

O, həmçinin idmançılarımıza dəstəyini ifadə edib:

“Azərbaycan sambo ailəsinin üzvüdür və Avropa Oyunlarında öz sözünü həmişə deyib. Gənclərimizin əldə etdiyi başqa nailiyyətlər öz qüvvəsində qalıb. Mən Bakı şəhər İdman və Cənclər idarəsinin rəisi olaraq haqları tapdanan idmançilarımızı heç zaman tək qoya bilmərəm. Bu qədər müddətdir ki, COVID-19-dan əziyyət çəkən, min bir əzab əziyyətlə məşqlər keçirən idmançılarımızın haqqını heç kim tapdalaya bilməz”.

Gununsesi. info