Sərhəd təxribatının hədəfi ortaya çıxdı: İrəvan KTMT-yə 4-cü maddə üzrə müraciət edəcək

Ermənistan KTMT-yə 4-cü maddə (dövlətə hücum) üzrə müraciət etməyə hazırlaşır.

Təhlükəsizlik şurasınını katibi Armen Qriqoryan bu gün sərhəddə erməni hərbçisinin “ölümü”ndən danışarkən deyib ki, “böhrandan çıxış yolları, diplomatik metodlar tükənir, KTMT-yə 4-cü maddə üzrə müraciət etməkdən başqa çıxış yolu qalmır”.

KTMT-yə 2-ci maddə (dövlətə hücum təhdidi) ilə müraciət edən Ermənistanın prosesi 4-cü maddəyə uyğunlaşdırmaq üçün təxribatlar törədəcəyi haqda yazmışdıq. Bu gün baş verən təxribatın məqsədi də 4-cü maddə üzrə müraciətin gündəmə gətirilməsi idi.

KTMT nizamnaməsinin 4-cü maddəsinə görə, üzvlər müraciət edən ölkəyə birmənalı şəkildə dəstək verməlidir.

İrəvan Bakını təkləmək, KTMT-ni, dolayısı ilə Rusiyanı prosesə müdaxiləyə məcbur etmək, yeni imzalanacaq müqaviləni öz maraqlarına uyğunlaşdırmaq, Moskva və Ankaranı üz-üzə qoymaq, bütün bunlar baş tutmasa, seçkiöncəsi və sonrası hərbi ittifaqın – rusların dəstək verməməsindən siyasi otiyentasiyasını dəyişdirməkdə istifadə etmək istəyir.

Gununsesi.info