
“Azərbaycan dünyada yeganə ölkədir ki, əhali sayına uyğun koronavirus əleyhinə vaksini var. Bununla bağlı heç bir problemimiz yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycana “Pfizer” vaksini də gətiriləcək:
“Hər kəs ölkəmizdə olan vaksinlərdən könüllü şəkildə vurdura bilər”.
Gununsesi.info