Şəmkirdə yol qəzası olub, xəsarət alan var

  • By ilhame
  • 19 Mart 2024 22:43

Şəmkir şəhərində restoranların birinin qarşısında yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü K.Hüseynov, 2002-cü il təvəllüdlü H.Hacıyev və 2003-ci il təvəllüdlü M.Səfərov xəsarət alıb.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info