Gəncədə avtomobil təmir sexi yanıb -Fotolar

  • By ilhame
  • 16 Mart 2024 22:52

Gəncənin Şah İsmayıl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.

 

Gununsesi.info-nun məlumatına görə, həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın olub.

 

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

 

Gununsesi.info