
Şəmkirdə ağır yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı yük maşını digər “Zil” markalı su daşıyan maşına arxadan çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon şöbəsinin xilasediciləri xəsarət almış sürücülərdən birini ağır vəziyyətdə maşından çıxarıb.
Sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info–