Şəkidə 42 yaşlı kişini maşın vurdu

  • By ilhame
  • 24 Yanvar 2024 23:01

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Şəki-Oğuz şossesində olub.

 

Belə ki, “VAZ-21099” markalı minik avtomobili Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Məmmədov Murad Oktay oğlunu vurub.

 

Yaralı Şəki rayon Mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info