Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.
Gununsesi.org xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.
Bildirilib ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: “Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib.”.
COMMENTS